Siyasət · Bakı Xəbər

Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq... xəbəri üçün şəkil



Finlandiya Prezidenti Aleksandr Stubb və Norveç Baş naziri Yonas Qar Störe 27 oktyabrda Vladimir Putinlə telefon danışığı aparıblar. Zəng əvvəllər Ukrayna ilə məsləhətləşmiş Avropa liderləri tərəfindən təşəbbüs göstərilib.

Finlandiya Prezident Administrasiyasının məlumatına görə, söhbətin məqsədi Putinə Ukraynanın Əbu-Dabidə keçiriləcək sülh danışıqları ilə bağlı mesajlarını çatdırmaq və hərbi əməliyyatlara son qoymağa və sülh danışıqlarının davam etdirilməsinə çağırmaq olub.

“Söhbət birbaşa və konkret idi. Biz Rusiyanın qonşularıyıq. Müharibənin necə bitəcəyi, Finlandiya və Norveçin, eləcə də bütün Avropanın təhlükəsizliyinə təsir edəcək. Müharibəyə son qoymaq üçün birbaşa danışıqlar lazımdır”, - deyə Stabb bildirib.

Störe öz növbəsində qeyd edib ki, müharibə çox böyük insan əzablarına və böyük xərclərə səbəb olur. “Müharibə bir çox nəsillərdə iz buraxır. Telefon danışığımız zamanı gərginliyin azaldılmasının vacibliyini vurğuladıq”, - deyə Norveçin baş naziri bildirib.

Putinin Avropa liderləri ilə söhbəti 2025-ci ilin iyul ayında Fransa prezidenti Emmanuel Makronun onunla telefonla danışmasından bəri ilk söhbət olub.

Stubb və Störe 20 oktyabrda Osloda ABŞ, Ukrayna və AB nümayəndələri arasında keçirilən görüşdən sonra Putinlə danışıblar. Finlandiya prezidentinin ofisi hər iki liderin söhbətdə yalnız öz ölkələri adından iştirak etdiyini, bütövlükdə Avropa adından danışmadıqlarını vurğulayıb. Ukrayna ilə yanaşı, onlar Baltik dənizi regionunda və Şimal qütbündə sülhün qorunmasını müzakirə ediblər.

Bundan əvvəl "Politico" mənbələri Aİ-nin Ukrayna ilə bağlı Putinlə danışıqlar aparan şəxs axtarmağa başladığını bildirmişdi. Finlandiya prezidenti ABŞ prezidenti Donald Trampla yaxşı münasibətləri və Moskva ilə qarşılıqlı əlaqə təcrübəsi nəzərə alınmaqla bu rol üçün ən uyğun namizədlərdən biri hesab olunurdu. "Politico" qeyd edib ki, Avropa ölkələri Vaşinqtonun Kiyevə qarşı əlverişsiz şərtlər tətbiq etməsinin qarşısını almaq üçün ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar masasında yer almağa can atırlar.

Tahir TAĞIYEV

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑