Dünya · Azxeber.com

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı xəbəri üçün şəkil
"2014-cü ildə Krımın geri alınması barədə əmr verilsəydi, bugünkü formada genişmiqyaslı müharibə baş verməzdi”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Bu gün həmin dövrə nəzər salanda - söhbət rusların Krımı ələ keçirdiyi 2014-cü ilin fevral-mart aylarından gedir - başa düşürsən ki, müharibə məhz o zaman başladı. Bizim səhvimiz onları geri oturtmamaq oldu. Əgər dövləti müdafiə etmək barədə əmr verilsəydi, əminəm ki, bu gün mövcud olan formada genişmiqyaslı müharibə baş verməzdi. Ən azı mənə belə gəlir”, - Zelenski bildirib.
O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi məhz Krımın işğalı ilə başlayıb:
"Bu, doğrudur. Sadəcə, həmin işğal tədricən baş verirdi. Bu, o qədər də müharibəyə bənzəmirdi. Niyə? Çünki Ukrayna həmin vaxt döyüşmürdü. Onlar Krımı işğal edərkən, əlbəttə, atəş səsləri eşidilirdi. Amma Rusiya uzun müddət oradakı insanların özünəməxsus olduğunu etiraf etmirdi. Hətta onları "yaşıl adamcıqlar” adlandırırdılar, çünki bu formanın hansı qüvvəyə aid olduğunu başa düşmək mümkün deyildi.
Yəni yarımadada silahlı insanlar vardı, problem ondan ibarət idi ki, Ukrayna hakimiyyəti öz torpağını müdafiə etmək, kiminsə silahla sərhədlərini pozduğu barədə aydın göstərişlər verməmişdi”.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑