Dünya · Azxeber.com

Türkiyədə 17 nəfər həbs edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə 17 nəfər həbs edilib xəbəri üçün şəkil
Türkiyənin Bursa və İstanbul şəhərlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
"Haber Global" xəbər verir ki, əməliyyat oktyabrın 20-də Narkotik Cinayətlərlə Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları tərəfindən həyata keçirilib.
Araşdırma zamanı 22 şübhəli saxlanılıb, onlardan 17-si hakimin qərarı ilə həbs olunub.
İstintaq çərçivəsində 11 kiloqram 601 qram sintetik kannabinoid (bonzai) xammalı, 1 kiloqram 595 qram kokain, 1 ədəd qanunsuz odlu silah, 18 ədəd patron, tüfəng, narkotik vasitələrin qanunsuz satışından əldə edildiyi ehtimal olunan 583 min 800 Türkiyə lirəsi (11 745,58 ABŞ dolları) aşkarlanaraq müsadirə edilib.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑