Dünya · Azxeber.com

Raket zərbələri nəticəsində Kiyevin körpü və metro infrastrukturu dağılıb, yaralılar var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Raket zərbələri nəticəsində Kiyevin körpü və metro infrastrukturu dağılıb, yaralılar var xəbəri üçün şəkil
Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində bildirib ki, Kiyevdə gecə ərzində hava hücumu nəticəsində ikisi uşaq olmaqla 15 nəfər yaralanıb. Onlardan 8-i xəstəxanalara yerləşdirilib.
Bundan başqa hava zərbəsi nəticəsində Kiyevin sağ və sol sahillərini birləşdirən "Cənub" körpüsündə dağıntı qeydə alınıb. Həmin körpüdə hərəkət dayandırılıb.
Merin sözlərinə görə, hava zərbəsi nəticəsində metro infrastrukturuna ziyan dəydiyindən, metronun bəzi istiqamətlərinə hərəkət dayandırılıb.
Bundan başqa təcili tibbi yardım xəstəxanasının binasına və 6 avtomobilinə ziyan dəyib.   ///azərtac///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑