Dünya · Azxeber.com

Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal - Foto

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinlə görüş zamanı Uitkoffdan diqqətçəkən detal - Foto xəbəri üçün şəkil
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüş zamanı "şparqalka"dan istifadə edib.
Bu barədə "Politika Stranı" "Telegram" kanalı xəbər verir.
Jurnalistlər Uitkoffun əlində tutduğu əlyazma qeydlərin fotosunu çəkməyə müvəffəq olublar. Qeydlərin birinci bəndində "Çox sağ olun" sözü yer alıb. İkinci bənddə isə "Kuşner və Z. ilə görüşdüm. Dünən irəliləyiş hiss etdim" ifadəsi yazılıb.   Bundan əlavə, qeydlərdə "uğuru inkişaf etdirmək lazımdır", "üçtərəfli görüş" və "sövdələşmə" kimi açar sözləri oxumaq mümkün olub.
Xatırladaq ki, oktyabrın 21-də Putin və Uitkoff arasında Sankt-Peterburqda danışıqlar keçirilib. Görüşə ABŞ tərəfindən danışıqlar aparan Cared Kuşner də onlayn formatda qoşulub. Müzakirələrin yekununda Uitkoff Rusiya lideri ilə görüşün konstruktiv mühitdə keçdiyini bəyan edib.   ///oxu.az///  
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑