Dünya · Azxeber.com

Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir xəbəri üçün şəkil
Rusiya Avropa ilə münasibətlərin həm bütövlükdə Avropa İttifaqı (Aİ), həm də ayrı-ayrı ölkələrlə bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin "Rusiya-Afrika" sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
O, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə bu yaxınlarda baş tutan telefon danışığını şərh edərək vurğulayıb ki, onlar Aİ adından deyil, öz ölkələrinin nümayəndələri kimi danışıblar.
"Finlandiya və Norveçin rəhbərləri ilə telefon danışığı zamanı onlar söhbətin əvvəlində xüsusi olaraq vurğuladılar ki, Avropa İttifaqını təşkilat olaraq təmsil etmirlər və mənə, belə demək mümkündürsə, öz ölkələri adından zəng edirlər", - Putin bildirib.
O, telefon danışığının qarşı tərəfin təşəbbüsü ilə baş tutduğunu və söhbət zamanı bir sıra məsələlərin, xüsusilə Baltik dənizində təhlükəsizlik məsələlərinin müzakirə edildiyini bildirib. Putinin sözlərinə görə, Rusiya istənilən çağırışa cavab verməyə hazırdır, lakin Baltik dənizində Hörmüz boğazı və Fars körfəzindəki kimi vəziyyətin yaranmasını istəmir.
Putin, Aİ tərəfindən Störe və Stubbun ünvanına səsləndirilən tənqidlərlə razılaşmayaraq qeyd edib ki, bu təşəbbüs doğru idi və Moskva ilə konstruktiv dialoq yaratmaq məqsədi güdürdü.
"Həmişə dediyim kimi, biz Avropa ölkələri ilə tamformatlı və hərtərəfli münasibətlərin bərpasına yönəlmiş istənilən addımları dəstəkləyirik", - Putin əlavə edib.
Rusiya lideri həmçinin əlavə edib ki, Avropada çoxları 2030-cu ilə qədər Rusiya ilə müharibəyə hazırlıq barədə danışırlar. Onun sözlərinə görə, Rusiya hazırdır, lakin müharibə istəmir, çünki o zaman qaliblər olmayacaq.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑