Dünya · Azxeber.com

Pakistanda dərs zamanı faciə - Onlarla şagird öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pakistanda dərs zamanı faciə - Onlarla şagird öldü xəbəri üçün şəkil
Pakistanın Peşəvər şəhərində özəl məktəbin damının uçması nəticəsində 32 şagird və bir müəllim həyatını itirib, 20 nəfər yaralanıb.
Hadisə şəhərin Afridi Abad bölgəsində şagirdlər sinif otaqlarında olarkən qeydə alınıb.
Yerli xəstəxananın sözçüsü Məhəmməd Asim bildirib ki, yaralılardan bəziləri müalicədən sonra evə buraxılıb. Başından xəsarət alan üç şagirdin müalicəsi isə davam edir. Xəstəxanada yaralılara yardım göstərilməsi üçün fövqəladə vəziyyət elan edilib.
Səlahiyyətlilər dağıntılar altında qalan şagirdlərin xilas edildiyini və ərazidə başqa yaralıların olmadığını açıqlayıblar. Həlak olan və yaralanan uşaqların 14 yaş və daha kiçik olduğu bildirilir.   ///qafqazinfo///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑