Dünya · Azxeber.com

Kuba XİN-i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kuba XİN-i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib xəbəri üçün şəkil
Kuba Xarici İşlər Nazirliyi (XİN) ölkənin Ukrayna münaqişəsində iştirakı ilə bağlı ittihamları əsassız adlandıraraq qətiyyətlə rədd edib.
Nazirliyin bəyanatında bildirilib ki, Kuba münaqişənin tərəfi deyil və hərbi qulluqçuları vasitəsilə nə Ukraynada, nə də başqa ölkədə bu münaqişədə iştirak edir. Havana vəziyyətin beynəlxalq hüquqa, BMT Nizamnaməsinə uyğun olaraq dialoq və danışıqlar yolu ilə həllini dəstəkləyir.
XİN vurğulayıb ki, Kuba muzdlu döyüşçülüklə mübarizə aparır və bu əməlləri milli qanunvericiliyinə, eləcə də beynəlxalq öhdəliklərinə uyğun olaraq cəzalandırır. Bəyanatda qeyd olunub ki, münaqişənin hər hansı tərəfində iştirak edən Kuba vətəndaşları ölkənin dövlət qurumlarından dəstək və ya razılıq almayıblar. Onların əksəriyyətinin xaricdə cəlb edildiyi bildirilib.
Nazirlik muzdlu döyüşçülüyün qarşısının alınması və bu cinayətə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa hazır olduğunu da bəyan edib.   ///trend///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑