Dünya · Azxeber.com

Keçmiş Baş nazir vəfat edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Keçmiş Baş nazir vəfat edib xəbəri üçün şəkil
Yaponiyanın keçmiş Baş naziri Yasuo Fukuda 90 yaşında ürək çatışmazlığından vəfat edib.
Fukuda 2007-2008-ci illərdə baş nazir vəzifəsində çalışıb.
Siyasi karyerasına 1970-ci illərdə, baş nazir vəzifəsində çalışan atası Takeo Fukudanın katibi olduqdan sonra başlayıb.
Yasuо Fukuda hökumət başçısı vəzifəsinə gəlməzdən əvvəl dörd il - 2000–2004-cü illərdə Nazirlər Kabinetinin baş katibi vəzifəsini tutub. O, faktiki olaraq hökumətdə "ikinci şəxs” hesab olunurdu və bu vəzifədə Yoşiro Mori və Cunitiro Koizuminin baş nazirliyi dövründə çalışıb. Bu vəzifədə qalma müddətinə görə onu yalnız Şinzo Abe hökumətində səkkiz il Nazirlər Kabinetinin baş katibi olmuş Yoşixide Suqa geridə qoyur.
Xarici siyasətdə Yasuо Fukuda "göyərçin” - daha mülayim mövqeyi müdafiə edən siyasətçi hesab olunurdu. Asiya ölkələri ilə, ilk növbədə Çinlə münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı idi.
Yasuо Fukudanın siyasi yolunu oğlu, hakim Liberal-Demokrat Partiyasının deputatı Tatsuo Fukuda davam etdirir.   ///teleqraf///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑