Dünya · Azxeber.com

Güclü sel nəticəsində səkkiz nəfər həlak olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Güclü sel nəticəsində səkkiz nəfər həlak olub xəbəri üçün şəkil
Suriyada leysan yağışları və qəfil daşqınlar nəticəsində beşi uşaq olmaqla səkkiz nəfər həyatını itirib, daha dörd sakin itkin düşmüş hesab olunur.
AZXEBER.COM SANA dövlət agentliyinə istinadla xəbər verir ki, ölənlərdən yeddisi suda boğulub, daha bir nəfər isə daşqınla əlaqədar baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Ən çox zərər Raqqa, Deyr əz-Zor və Həsəkə vilayətlərinə, eləcə də Hələb vilayətinin bəzi rayonlarına dəyib. Sel suları yaşayış evlərini basıb, yolları dağıdıb və nəqliyyat əlaqəsini pozub.
Fövqəladə hallar və fəlakətlərin idarə olunması naziri Raed əs-Salehin məlumatına görə, xilasetmə xidmətləri 550-dən çox əməliyyat həyata keçirib, yardım göstərilməsi ilə bağlı 900-dən artıq müraciət qəbul edib. Sel suları altında qalan avtomobillərdən 60 nəfər xilas edilib, müvəqqəti düşərgələrdə məskunlaşan ailələr də daxil olmaqla yüzlərlə sakin təxliyə olunub.
Təbii fəlakət nəticəsində məktəblərə, xəstəxanalara və infrastruktur obyektlərinə də ziyan dəyib. Axtarış-xilasetmə işləri davam etdirilir.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑