Dünya · Azxeber.com

Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb xəbəri üçün şəkil
Fransada oğurlanmış şəxsi məlumatların yayıldığı internet resursunu idarə etməkdə şübhəli bilinən üç azyaşlı saxlanılıb.
Bu barədə "20 Minutes" portalı Paris prokurorluğuna istinadən məlumat yayıb.
İstintaqın məlumatına görə, sayt mart ayında "Reacher" adı ilə fəaliyyətə başlayıb, iyunda isə "Stryx" adlandırılıb. Resurs ad, telefon nömrəsi və ya avtomobilin qeydiyyat nişanı kimi məhdud məlumatlar əsasında insanlar haqqında ətraflı məlumatları pulsuz və ya ödənişli əldə etməyə imkan verib.
Ehtimala görə, saytın məlumat bazasında təxminən 730 milyon sətir məlumat olub. Resursun fəaliyyəti dövründə istifadəçilər təxminən 3,1 milyon axtarış sorğusu göndəriblər.
İstintaqa mayın 15-də uşaqları internetdə qanunsuz əməllərdən qorumaqla məşğul olan e-Enfance assosiasiyasının müraciətindən sonra başlanılıb.
Saytın ehtimal olunan administratorlarının saxlanılması və resursun fəaliyyətinin dayandırılması üzrə əməliyyat oktyabrın 6–7-də keçirilib. Əməliyyatda Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə bölməsi və Fransa polisinin Kibercinayətkarlıqla Mübarizə İdarəsi (OFAC) iştirak edib.
///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑