Dünya · Azxeber.com

Fransa Hesablama Palatasının sədri: Dövlət borcu ölkəni maliyyə tələsinə düşməklə təhdid edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransa Hesablama Palatasının sədri: Dövlət borcu ölkəni maliyyə tələsinə düşməklə təhdid edir xəbəri üçün şəkil
Dövlət borcunun dinamikasına nəzarət etməsək, maliyyə tələsinə düşmək riski ilə üzləşərik.
Bu barədə Fransa Hesablama Palatasının sədri Ameli de Monşalen "La Tribune Dimanche” qəzetinə verdiyi müsahibədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, Fransa dövlət maliyyəsinə nəzarəti ələ keçirməsə, borcunun təsiri altında əzilmək riski ilə üzləşir. O, xəbərdarlıq edib "Borc dinamikasına nəzarət etməsək, maliyyə tələsinə düşmək riski ilə üzləşərik. Borc yükü gələn ilin əvvəlində 90 milyard avroya çatacaq”.
Ameli de Monşalen qeyd edib: "Faiz dərəcələrinin 100 bazis bəndi (yəni bir faiz bəndi) artırılması yeddi il ərzində illik 40 milyard avro əlavə xərc deməkdir. Bu, məhkəmə sisteminin illik büdcəsindən üç dəfə çoxdur”. Hesablama Palatasının sədri israr edir ki, fəaliyyət azadlığını və suverenliyi qorumaq üçün 2027-ci ilə qədər dövlət kəsirini 5 faizdən aşağı salmaq vacibdir.
Çərşənbə axşamından bəri Milli Assambleyada müzakirə olunan Fransanın 2027-ci il büdcə təklifi dövlət kəsirini ümumi daxili məhsulun (ÜDM) 5,4 faizindən 5 faizə endirməyi hədəfləyir. Lakin səs çoxluğunun olmaması və prezident seçkilərinin yaxınlaşması səbəbindən onun qəbul edilməsi olduqca qeyri-müəyyən görünür.   ///azərtac///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑