Böyük Britaniya hökuməti ölkədə imtahanlardan keçmək üçün rus dilini öyrənmələri tələb olunan ukraynalı qaçqın uşaqlardan üzr istəyib.
AZXEBER.COM "Unikal"-a istinadən xəbər verir ki, bu barədə ölkənin təhsil nazirinin müavini Corciya Quld bildirib.
"Bir çox tələbə rus dilini öyrənməyə məcbur edilib. Onların bu vəziyyətə düşmələrinə görə həqiqətən təəssüf edirəm", - deyə nazir müavini qeyd edib.
O, Ukrayna dilində yeni GCSE proqramının başladığını deyib. Proqram 340.000 funt sterlinq (460.000 dollar) məbləğində qrantla maliyyələşdirilir. Proqramın 2028-ci ilə qədər başa çatması və ukraynalı uşaqların 2029-cu ildə ana dilində imtahan verə biləcəkləri gözlənilir. Onların danışıq, oxu və yazı bacarıqları qiymətləndiriləcək.






