İdman · Azxeber.com

'Barselona' Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
'Barselona' Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək xəbəri üçün şəkil
İspaniyanın "Barselona" klubu 602 avro məbləğində cərimədən apellyasiya şikayəti verəcək.
AZXEBER.COM xəbər verir ki, buna Kataloniya təmsilçisinin "Atletiko"nun futbolçusu Xulian Alvareslə klubun məlumatı olmadan danışıqlar aparması səbəb olub.
"Marca" qəzetinin məlumatına görə, "Atletiko" İspaniya Kral Futbol Federasiyasına (RFEF) şikayət edərək "Barselona"nı argentinalı hücumçu ilə klubun yazılı məlumatlandırılması olmadan danışıqlar aparmaqda ittiham edib.
Federasiya hadisəni yüngül qayda pozuntusu kimi qiymətləndirərək "Barselona"nı 602 avro cərimələyib. FIFA isə səlahiyyətləri olmadığı üçün məsələni araşdırmayıb.
Qeyd edək ki, 26 yaşlı Xulian Alvares 2024-cü ildən "Atletiko"da çıxış edir. O, daha əvvəl İngiltərənin "Mançester Siti" və Argentinanın "River Pleyt" klublarında oynayıb. Alvares "Mançester Siti"nin heyətində iki dəfə İngiltərə çempionu olub, həmçinin Çempionlar Liqasının, klublararası dünya çempionatının və bir sıra digər turnirlərin qalibi adını qazanıb. "River Pleyt"lə isə Argentina çempionluğu və Libertadores Kubokunu əldə edib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑