Dünya · Azxeber.com

18-ci mərtəbədən yıxılan kişi sağ qaldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı xəbəri üçün şəkil
Rusiyanın Krasnodar şəhərində 18-ci mərtəbədən yıxılan kişinin sağ qalması ilə nəticələnən qeyri-adi hadisə baş verib.
AZXXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Krasnodar i kray" "Telegram" kanalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, kişi binanın girişinin üstündəki talvarın üzərinə düşüb. Ehtimal olunur ki, talvar zərbənin təsirini azaldaraq onun həyatını xilas edib.
Kişi dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti barədə ətraflı məlumat verilmir.
Təsdiqlənməmiş məlumatlara görə, hadisəyə kişinin maliyyə problemləri və yığılıb qalmış borcları səbəb ola bilər.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑