Dünya · Azxeber.com

Ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto xəbəri üçün şəkil
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb.
Bu barədə "ABC News" məlumat yayıb.
Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyor Dilino hovuzda üzüaşağı vəziyyətdə aşkarlanıb. Uşaq "Dignity Health Mercy Gilbert" tibb mərkəzinə aparılıb.
Saat 18:20-də həkim uşağın öldüyünü elan edib. Anası Aleksus, yaxınları və polis əməkdaşları körpənin nəfəs almasına bənzər əlamətlər müşahidə ediblər. Lakin onlara uşağın öldüyü bildirilib.
Təxminən beş saat sonra Marikopa dairəsinin məhkəmə-tibbi ekspertiza idarəsinin əməkdaşları uşağın meyitini götürmək üçün xəstəxanaya gəliblər. Bu zaman Vinsentin nəfəs aldığı məlum olub. Polis hesabatında ölüm faktının səhvən qeydə alındığı bildirilib.
Körpə aprel ayında xəstəxanadan evə buraxılıb. Ailənin hüquqlarını müdafiə edən hüquq şirkətinin məlumatına görə, uşaq ağır və geri dönməz beyin zədəsi alıb. O, hələ də müstəqil yeriyə və danışa bilmir.
Vinsentin ailəsi tibb işçilərinə qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır.   ///oxu.az///  
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑