XARİCİ · AzVision.az

2028-ci ildə Trampı kim əvəz edə bilər?

Hazırda oxuyur: — Ümumi baxış: 4 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
2028-ci ildə Trampı kim əvəz edə bilər? xəbəri üçün şəkil

2028-ci ildə Trampı kim əvəz edə bilər?

ABŞ Konstitusiyasına görə, 2028-ci ildə Tramp namizədliyini irəli sürə bilməyəcək. Onu kimin əvəz edə biləcəyi haqqında müzakirələr isə artıq başlayıb. Respublikaçılar düşərgəsində indiki vitse-prezident J.D. Vens əsas favorit sayılır. Trampın özü də onu dəstəkləyir.

Digər namizədlərin arasında dövlət katibi Marko Rubio, Floridanın qubernatoru Ron Desantis, senator Ted Kruz, cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli, Yutanın qubernatoru Spenser Koks var.

Demokratların düşərgəsində hələ ki aşkar favorit yoxdur. Senatorlar Con Ossoff, Rafael Uornok, Ruben Qalyeqo, Mark Kelli, Kaliforniyanın qubernatoru Qevin Nyusom və konqresvumen Aleksandiya Okasio-Kortes mümkün namizəd hesab edilirlər.

Kamala Harris də revanş götürmək fikrində olduğunu gizlətmir.

Tariyel Həsənov
AzVision.az








BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma4

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑