Son xəbərlər · AzPolitika

Suriya Yəmənə 20 minədək hərbçi göndərməyi nəzərdən keçirir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Suriya Yəmənə 20 minədək hərbçi göndərməyi nəzərdən keçirir xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanı və Suriya Yəməndə husilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün 10 mindən 20 minədək suriyalı hərbçinin göndərilməsi imkanını müzakirə edirlər.

“Axios” portalının mənbələrə istinadən yaydığı məlumata görə, Suriya Prezidenti Əhməd əş-Şaraa Yəmənə qoşun göndərilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirir, lakin yekun qərar hələ qəbul olunmayıb.

Mənbələrin bildirdiyinə görə, Dəməşq və Ər-Riyad bu məsələ ilə bağlı Vaşinqtonla məsləhətləşmələr aparıblar. ABŞ administrasiyası isə belə bir addıma etiraz etmədiyini bildirib.

Nəşrin məlumatına əsasən, ABŞ administrasiyasında Əhməd əş-Şaraanın Yəmənə hərbçi göndərəcəyinə əmindirlər. Vaşinqton hesab edir ki, Suriya qoşunlarının Yəməndə yerləşdirilməsi Səudiyyə Ərəbistanı ilə Suriya arasındakı münasibətləri gücləndirə bilər.

Bununla belə, “Axios” qeyd edir ki, Suriya hərbçilərinin Yəməndəki münaqişəyə qoşulması qarşıdurmanın dini xarakter alması və daha da kəskinləşməsi riskini yaradır.

Nəşrin yazdığına görə, göndərilməsi nəzərdən keçirilən kontingentin tərkibinə sünni hərbçilər daxil ola bilər. Onların şiə yönümlü “Ənsar Allah” hərəkatının qüvvələrinə qarşı döyüşməsi ehtimal olunur. /Apa 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑