Son xəbərlər · AzPolitika

Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb xəbəri üçün şəkil

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb.

"AzPolitika" xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneldə bildirib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə aparılan tədqiqatlar zamanı bu günədək 1000-ə yaxın insanın sümüyü aşkarlanıb:

"Hazırda onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər gedir. Hətta tədqiqat işləri zamanı kütləvi məzarlıqlarla yanaşı, tək-tük insan qalıqlarına da rast gəlinir. Əslində, demək olar ki, hissə-hissə insan qalıqları aşkarlayırıq". /"Report" 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑