Avqust ayında Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilən Armen Qriqoryan hələ də Nikol Paşinyana qarşı kin saxlayır.
“AzPolitika” xəbər verir ki, belə bir iddia ilə Ermənistanın müxalif “Hraparak” nəşri çıxış edib.
Qəzet yazır ki, Paşinyanın digər vəzifə təkliflərini rədd edən və hazırda Beynəlxalq konsaltinq şirkəti “Policy and Management Consulting Group” (PMCG)-da baş məsləhətçi olan Qriqoryan Nikol Paşinyandan narazılığını gizlətmir. Hətta guya Qərb Paşinyanın yerinə ən real namizəd kimi onu görür. Qəzet yazır: “O, narazılığını yaxın ətrafı arasında gizlətmir, iddia edir ki, Qərb onu Paşinyana alternativ hesab edir və Baş nazir onu heç bir səbəb olmadan işdən çıxarıb. Qriqoryanın qohumları və ailə üzvləri də öz növbəsində Nikol Paşinyanı hər yerdə tənqid edir, onu Qriqoryandan istifadə etməkdə və sonra onu atmaqda ittiham edirlər”.
Xatırladaq ki, avqustda istefaya göndərilən Armen Qriqoryanın yerinə Erməınistan parlamentinin sabiq sədri Alen Simonyan təyin edilib.
“AzPolitika.info”



