Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl üç gün istirahət olacaq.
"AzPolitika" xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür.
Beləliklə, noyabrın 8-i, 9-u və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.





