Abşeronda bıçaqlanma hadisəsi baş verib.
“AzPolitika” Lent.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.





