Siyasət · AzPolitika

​Ermənistan parlamentində "TRIPP" müzakirəsi - Mirzoyan dəhlizin işə düşəcəyi vaxtı açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
​Ermənistan parlamentində "TRIPP" müzakirəsi - Mirzoyan dəhlizin işə düşəcəyi vaxtı açıqladı xəbəri üçün şəkil

Ermənistan parlamentində Ermənistan ilə ABŞ arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" (TRIPP) layihəsi çərçivəsində imzalanmış Strateji Əməkdaşlıq Çərçivə Sazişinin təsdiqi məsələsi müzakirə olunur.

"AzPolitika" erməni mediasına istinadla xəbər verir ki, parlamentdəki müzakirələr zamanı xarici işlər naziri Ararat Mirzoyan "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyanın suallarını cavablandırıb.

A.Mirzoyan bildirib ki, TRIPP layihəsi İrəvan ilə Bakı arasında sülh sazişi imzalanmadan əvvəl də işə düşə bilər. Nazirin sözlərinə görə, artıq müvafiq şərait və "sülh mühiti" mövcuddur: 

"Sülhü təsis etmişik, bəlkə də TRIPP gəlib sülhü daha da yaxınlaşdıracaq. Gerçəklik budur ki, TRIPP-in tətbiqi üçün zəruri olan mühit mövcuddur".

Deputat Narek Karapetyan layihənin həyata keçirilməsindən sonra Azərbaycanın Ermənistan üçün nəzərdə tutulan yolları açacağına şübhə ilə yanaşdıqlarını bildirib. O, Bakının layihə vasitəsilə Naxçıvanla əlaqəni onsuz da təmin edəcəyi təqdirdə digər öhdəlikləri yerinə yetirməkdə maraqlı olmayacağını qeyd edib.

Mirzoyan bu fikrə etiraz edərək qeyd edib ki, yanaşma coğrafi baxımdan natamamdır, çünki TRIPP təkbaşına fəaliyyət göstərməyəcək: 

"Azərbaycanın Naxçıvana yük daşıması mümkün deyil, Ermənistanın da eyni şeyi etməsi mümkün olmaz". O, layihənin uğurunun tərəflər və üçüncü ölkələr üçün qarşılıqlı faydaya əsaslandığını vurğulayıb.

"Ermənistan" blokundan olan deputat Kristine Vardanyan sazişin dəmir yolu ilə yanaşı, avtomobil yolları, qaz kəmərləri və elektrik infrastrukturlarını əhatə edib-etmədiyini, həmçinin eyni rejimin (maneəsiz giriş, ön və arxa ofislər) tətbiq olunub-olunmayacağını soruşub.

Ararat Mirzoyan cavabında layihənin qlobal miqyasda dəyərləndirilməli olduğunu bildirib: 

"Ermənistan Azərbaycan ərazisi və infrastrukturu vasitəsilə üçüncü ölkələrlə əlaqə quracaq, Azərbaycanla isə – əgər dəmir yolundan danışırıqsa Ermənistanın şimalı və cənubu bir-birinə bağlanacaq. Bunların heç biri heç bir yerdə hər hansı maneə ilə qarşılaşmayacaq".

Nazir əlavə edib ki, Ermənistanın hazırda belə Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə etdiyini, yüklərin bu yollarla daşındığını diqqətə çatdırıb. Lakin ön büro, arxa büro və digər texniki detalların hələlik tam razılaşdırılmadığını açıqlayan XİN rəhbəri vurğulayıb: 

"Təqdim etdiyim saziş Ermənistan ilə ABŞ arasındadır. Ermənistan XİN və ABŞ üçüncü ölkənin ərazisində bəzi öhdəliklərin götürülməli olduğunu necə yaza bilər? Bu, beynəlxalq hüququn məntiqinə ziddir".

Müzakirələr üçün ayrılan vaxtın az olması səbəbindən növbəyə duran 27 deputatdan yalnız üçü sual vermək imkanı əldə edib. Müxalifət qrupları sənədi kəskin tənqid etsələr də, hələlik yekunda necə səs verəcəklərini açıqlamayıblar.

Rasim Əliyev

“AzPolitika.info”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑