Mədəniyyət · AZƏRTAC

Podqoritsa forumu: Azərbaycanın turizmin inkişafı üzrə addımları beynəlxalq auditoriyaya çatdırılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Podqoritsa forumu: Azərbaycanın turizmin inkişafı üzrə addımları beynəlxalq auditoriyaya çatdırılıb xəbəri üçün şəkil

Bakı, 16 oktyabr,

Monteneqronun Podqoritsa şəhərində keçirilən Avropa–Asiya Regionlararası Yüksək Səviyyəli Turizm Forumunda Azərbaycan da təmsil olunub. Monteneqronun Turizm Nazirliyinin BMT Turizm ilə əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyev iştirak edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Kənan Əliyev Azərbaycanın turizm sahəsində təcrübəsi, investisiya mühitinin yaxşılaşdırılması və Azərbaycan-Monteneqro əməkdaşlığı barədə danışıb. O həmçinin Azərbaycanda turizmin uzunmüddətli inkişafı və investisiya mühitinin təkmilləşdirilməsi üzrə “2026–2030-cu illər üzrə Turizmin İnkişafına dair Dövlət Proqramın”da nəzərdə tutulan addımlar, dövlət-özəl sektor tərəfdaşlığı və investiya təşviqlər haqqında məlumat verib.

BMT Turizm Təşkilatının Baş katibi Şeyxa əl Novais və 30-dan çox ölkənin rəsmi nümayəndələrinin və investorlarının qatıldığı forumda dayanıqlı turizmin inkişafı, investisiyaların təşviqi və beynəlxalq tərəfdaşlıq imkanları müzakirə olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑