İdman · AZƏRTAC

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB xəbəri üçün şəkil

Bakı, 30 oktyabr,

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbir bədii proqramla başlayıb. Milli geyimli rəqqaslar müxtəlif kompozisiyalarla çıxış ediblər. Həmçinin çoxsaylı ifaçıların iştirakı ilə kütləvi rəqs nömrələri və səhnə performansları nümayiş olunub.

Qeyd edək ki, ilk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib. Turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.

17:44

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının bağlanış mərasimi başlayıb.

AZƏRTAC xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbir bədii proqramla start götürüb.

Qeyd edək ki, ilk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib. Turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.

Fotoqraf - İlkin Cavanşirov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑