Siyasət · AZƏRTAC

ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib xəbəri üçün şəkil

Vaşinqton, 4 noyabr,

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının aralıq seçkidə uğursuz nəticə göstərməsində İranla müharibənin rol oynadığını etiraf edib.

AZƏRTAC xəbər verir ki, o, jurnalistlərin bununla bağlı sualını cavablandırarkən müharibənin benzinin qiymətlərinin artmasına səbəb olduğunu bildirib.

“Düşünürəm ki, bu, böyük ölçüdə doğrudur, çünki müharibə benzinin qiymətlərini artırdı. Eyni zamanda, yenidən belə bir qərar verməli olsaydım, yenə də eyni addımı atardım. Çünki uzunmüddətli perspektivdə yeganə çıxış yolu budur. İranın nüvə silahına sahib olmasına imkan vermək olmaz”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Məlahət Nəcəfova AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqton
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑