Səhiyyə · AZƏRTAC

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib xəbəri üçün şəkil

Moskva, 2 oktyabr,

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib.

AZƏRTAC xəbər verir ki, 27 yaşlı qadın sentyabrın 29-da Şeleхov rayon xəstəxanasına yerləşdirilib, oktyabrın 1-də dünyasını dəyişib.

Tibb müəssisəsində yeni pasiyentlərin qəbulu müvəqqəti olaraq dayandırılıb, bütün şöbələrdə dezinfeksiya işləri aparılıb. Pasiyentlə təmasda olan şəxslər tibbi nəzarət altına alınıb.

Yerli medianın məlumatına görə, vəfat edən qadın institutda laborant işləyib və infeksion xəstəliklərin törədiciləri ilə təmasda olduğu ehtimal edilir. Pasiyentin həm ilkin, həm də təkrar analizlərinin nəticəsi taun törədicisinə qarşı müsbət olub. Təmasda olduğu təxminən 200 şəxs müəyyən edilib, onlardan 100-dən çoxu Şeleхov rayon xəstəxanasına yerləşdirilib.

Sanitariya-epidemioloji qaydaların pozulmasının insan ölümünə səbəb olması ilə əlaqədar cinayət işi açılıb.

Bununla yanaşı, Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq Gennadi Onişşenko xəstəliyin səbəbinin taun olmasının az ehtimal edildiyini bildirib.

“Bunun taun olması ehtimalı azdır. Hər halda, biz bu infeksiyanı yaxşı tanıyırıq, onun necə müalicə olunacağını bilirik və onun yayılmasına yol verilməyəcək”, - deyə o TASS agentliyinə bildirib.

Onun sözlərinə görə, Buryatiyada taun xəstəliyinin təbii ocaqları gəmirici və birələrdir, həmin ərazilər isə daim epidemioloji nəzarət altındadır. Akademik söhbətin başqa nadir infeksiyadan getdiyini də istisna etməyib.

Fəridə Abdullayeva AZƏRTAC-ın xüsusi müxbiri Moskva

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑