Bakı, 4 noyabr,
Qarabağda qazandığımız Zəfərin altıncı ildönümü ərəfəsində 11 aydır üzərində çalışdığımız filmi tamaşaçılara təqdim etmək istədik. Film qəhrəmanımızın həyat yolundan, sadə bir Azərbaycan ailəsində böyüyən gəncin gələcəkdə qəhrəmana çevrilməsindən, şəhidlik zirvəsinə ucalmasından və Şuşa əməliyyatında iştirakından bəhs edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında şəhid İsmayıl Kərimovun atası Ceyhun Kərimli deyib.
"İstədik ki, bu məlumatları gələcək nəsillərə çatdıraq, onlar filmə baxarkən hərbçilərimizin keçdikləri yolu, əməliyyatların hansı şəraitdə aparıldığını görsünlər. İnanırıq ki, film gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verəcək. Bizim əsas məqsədimiz də budur", - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün şəhid İsmayıl Kərimlinin həyat və döyüş yolundan bəhs edən "İsmayıl məqamı" sənədli filminin təqdimatı olub.
Müxbir - Lalə Minasazova



