Mədəniyyət · AZƏRTAC

Şəhid anası: “İsmayıl məqamı” filmi oğlumun timsalında bütün şəhidlərimizin xatirəsinə ehtiramdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şəhid anası: “İsmayıl məqamı” filmi oğlumun timsalında bütün şəhidlərimizin xatirəsinə ehtiramdır xəbəri üçün şəkil

Bakı, 4 noyabr,

İsmayıl hərbi xidmətə yola düşəndə özümü güclə toparlayıb ona son sözlərimi demək istədim. Lakin cəmi beş dəqiqə vaxtım var idi və həmin an ona demək istədiklərimi çatdıra bilmədim. Həmin sözlər ürəyimdə qaldı. Hər dəfə düşünürdüm ki, axı, niyə ona nəsə deyə bilmədim, ürəyimdəkiləri çatdırmadım?

Bunu AZƏRTAC-a açıqlamasında şəhid İsmayıl Kərimovun anası Vüsalə Kərimova deyib.

Onun sözlərinə görə, oğlunun adını yaşatmaq üçün daim nəsə etməyi düşünüb.

“Bir gün ağlıma belə bir ideya gəlib: film çəkmək. İsmayıl filmə baxmağı çox sevirdi. Əslində, bu film bir neçə məna daşıyır. Bir tərəfdən, bu, mənim oğluma demək istədiyim son sözlərdir, ona olan sonsuz sevgimin ifadəsidir. Digər tərəfdən isə rəmzi məna daşıyır. Film Azərbaycan oğlunun rəmzini özündə ehtiva edir. Əlbəttə, istərdim ki, bu film yalnız mənim oğlum haqqında olmasın. O, bir rəmz kimi bütün üç min şəhidimizin xatirəsini yaşatsın. Mənə ən çox təsir edən məqamlardan biri İsmayılın şəhid olmasını çatdırmaq üçün qurulan təsirli səhnədir. İnanıram ki, izləyicilər də həmin səhnəni görəndə bunu hiss edəcəklər. Bir də filmin sonu...", - deyə şəhid anası əlavə edib.

Qeyd edək ki, bu gün şəhid İsmayıl Kərimlinin həyatından və döyüş yolundan bəhs edən "İsmayıl məqamı" sənədli filminin təqdimatı olub.

Müxbir - Lalə Minasazova

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑