Siyasət · Ayna.az

Paşinyandan parlamentdəki davaya reaksiya

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyandan parlamentdəki davaya reaksiya xəbəri üçün şəkil

"Mən onların heç olmasa fiziki cəhətdən güclü olduğunu düşünürdüm. Məlum oldu ki, onlar güclü deyillər"

“Mən onların heç olmasa fiziki cəhətdən güclü olduğunu düşünürdüm. Məlum oldu ki, onlar güclü deyillər". AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deputatlar arasındakı davaya münasibətində deyib.

Xatırladaq ki, bu gün hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan Taron Çaxoyanın parlamentdə çıxışı zamanı vəziyyət gərginləşib. Müxalif “Güclü Ermənistan” Partiyasından olan deputatlarla hakim fraksiyadan olan deputatlar arasında əlbəyaxa dava olub. Deputatlar bir-birini döyməyə və butulkalar, hətta stullar atmağa başlayıblar.

Spiker Ruben Rubinyan iclasda fasilə elan edib, lakin dava iclas zalından dəhlizə keçib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑