Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova ad gününü qeyd edib.
Axşam.az xəbər verir ki, aparıcılığını İsa Şükürovun etdiyi məclis şəhər restoranlarından birində baş tutub. Gecəyə çox sayda şou-biznes nümayəndəsi qatılıb.
Məclisdə Aygün Kazımova da iştirak edib. Xalq artisti qızının ifası zamanı rəqs edib, onunla birlikdə əylənib.
