Son xəbərlər · Axşam.az

Bunlar oyuncaq deyilmiş - Siyahı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bunlar oyuncaq deyilmiş - Siyahı xəbəri üçün şəkil

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)” təsdiq edilib.

Axşam.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Yeni qərarla texniki Reqlamentlə əhatə olunmayan və oyuncaq sayılmayan malların siyahısı müəyyən edilib.

Həmin siyahını təqdim edirik:

1. Yolka ağacı bəzəkləri, süni ağaclar və aksessuarları, elektrik çələngləri.

2. 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan kolleksiya məqsədləri üçün hazırlanmış miqyaslı modellər.

3. Uşaq meydançaları üçün avadanlıqlar.

4. İdman avadanlıqları, o cümlədən sualtı avadanlıqlar.

5. 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan folklor və dekorativ kuklalar.

6. Ümumi istifadə üçün ictimai yerlərdə quraşdırılmış “peşəkar” oyuncaqlar.

7. Oyun avtomatları.

8. 500-dən çox parçadan ibarət pazllar.

9. Pnevmatik silahlar.

10. Katapultlar və atıcı qurğular.

11. Metal başlıqlı atıcı mərmilər.

12. Oyuncaqla birlikdə təchiz olunanlar da daxil olmaqla, oyuncaq üçün şəbəkədən qidalanan transformatorlar, akkumulyatorlu batareyalar üçün şarj cihazları.

13. Tərkibində qızdırıcı elementləri olan və böyüklərin nəzarəti altında tədris prosesində istifadə üçün nəzərdə tutulmuş məhsullar.

14. Daxiliyanma mühərrikləri olan 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri.

15. Buxar mühərrikləri olan oyuncaq avtomobillər.

16. Yollarda ümumi istifadə üçün nəzərdə tutulmuş velosipedlər.

17. 24 V-dan yuxarı nominal gərginliklərdə işləyən oyunlar və oyuncaqlar.

18. Odlu silahların dəqiq surətləri.

19. Uşaqlar üçün bijüteriya.

20. Üzgüçülük cihazları (məsələn, qollara taxılan şişmə manjetlər).

21. Qoruyucu ləvazimatlar (üzgüçülük eynəkləri, gün eynəkləri, velosiped və skeytbord dəbilqələri).

22. Uşağın rezin qaytandan istifadə edərək atdığı uçan oyuncaqlar.

23. Uzadılmamış vəziyyətdə uzunluğu 1200 millimetrdən çox olan atıcı yaylar.

24. Uşaqlar üçün lateks, rezin və silikon elastomerlərdən hazırlanmış sanitar məmulatlar.

Sənədə əsasən, bu Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑