Gündəm · Axar.az

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Parisdə polis bir kanakı amansızcasına döydü - Video xəbəri üçün şəkil

Fransa paytaxtı Parisdə polis bir kanakı amansızcasına döyüb.

Axar.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) X sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Fransa hökuməti həm paytaxtda, həm də dənizaşırı müstəmləkələrində nəzarəti itirdikcə açıq şəkildə fundamental hüquqları hədəf alır. Parisin mərkəzində gənc bir kanakın polis tərəfindən amansızcasına döyülməsi və Qvadelupada yetkinlik yaşına çatmayanlar üçün qəflətən gecə komendant saatının tətbiq edilməsi bu reallığın bariz sübutudur", - məlumatda vurğulanıb.

Bildirilib ki, ictimai təhlükəsizliyin qorunması bəhanəsi ilə həyata keçirilən bu sərt tədbirlər zərurəti, müddəti və miqyası baxımından dinc toplaşma kimi fundamental hüquqla tamamilə ziddiyyət təşkil edir:

"Dialoq qurmaq əvəzinə, Fransa məhdudiyyətlər və qorxu yolu ilə öz xalqını susdurmağı hədəfləyir. Paris azadlığı boğur, dünya isə onun iddia etdiyi demokratik dəyərlərin mütləq iflasını izləyir".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑