Rusiyanın paytaxtı Moskvanın hava limanlarında həm gələn, həm də gedən 103 reys təxirə salınıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 16:30-a olan məlumata görə, hazırda bütün hava limanları uçuşları müvafiq qurumlarla razılaşdırılmış şəkildə qəbul edir və yola salır.
Məlumata görə, vacib olan uçuşların təhlükəsizliyinin təmin edilməsidir.
Qeyd edək ki, Azərbaycan Hava Yollarının (AZAL) Bakı istiqamətindəki reysi əvvəlcə oktyabrın 16-sı saat 23:45-dən oktyabrın 17-si saat 15:50-yə, daha sonra isə saat 14:00-a keçirilib.



