Dünya · Axar.az

Makronun reytinqi 15 faizə düşdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Makronun reytinqi 15 faizə düşdü xəbəri üçün şəkil

Fransa Prezidenti Emmanuel Makronun reytinqi 15%-ə düşərək bütün dövrlərin ən aşağı səviyyəsinə enib.

Axar.az xəbər verir ki, bu barədə “İpsos” sorğu şirkəti və CESİ mühəndislik məktəbinin keçirdiyi rəy sorğularının nəticələrində qeyd olunub.

Məlumata görə, sorğular 18 yaşdan yuxarı 1000 fransız arasında 7-8 oktyabr tarixlərində keçirilib.

Respondentlərin yalnız 15 faizi Makronun fəaliyyətini bəyənib. 82 faiz isə prezidentin hazırki siyasətindən narazılıqlarını bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑