Londondan gələn təyyarə göyərtəsində partlayıcı qurğunun ola biləcəyi ilə bağlı narahatlıqlara görə Varşava yaxınlığındakı Modlin hava limanında təcili eniş edib.
Axar.az xəbər verir ki, məlumatı Britaniya mediası yayıb.
Bildirilib ki, təyyarə yerli vaxtla saat 10:01-də hava limanına eniş edib.
Hava limanının nümayəndəsi Adam Şablovski aeroportun müvəqqəti bağlandığını və rəsmilərin partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislərin gəlişini gözlədiklərini bildirib.
Onun sözlərinə görə, təyyarə Varşavadakı Frederik Şopen adına hava limanına enməli idi, lakin daha sonra Modlinə yönləndirilib.
İnsident barədə daxil olan məlumatla əlaqədar yoxlama aparılır. Təyyarənin göyərtəsində 181 sərnişin var. Bu, son 24 saat ərzində Londondan gələn təyyarənin göyərtəsində artıq ikinci partlayış təhlükəsidir.




