Gündəm · Axar.az

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”... xəbəri üçün şəkil

Əgər hansısa ölkənin mərkəzi bankı başqa bir ölkədə yaşayan iş adamına vasitəçi üzərindən pul köçürürsə, bu məqamda vasitəçi heç bir məsuliyyət daşımır.

Bu sözləri Axar.az-a açıqlamasında maliyyə-bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov ABŞ Prezidenti Donald Tranmpın kürəkəni Cerad Kuşnerə Azərbaycan üzərindən 1 milyard dollar göndərilməsi barədə iddiaları şərh edərkən bildirib.

“Hər bir halda bank vasitəçi, yəni ara bankdırsa, heç bir öhdəlik daşımır. Dünyada dollar əməliyyatlarına ABŞ nəzarət edir, buna görə də vasitəçi bankın heç bir məsuliyyəti yoxdur”, - ekspert qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerin gizli bank hesabına Azərbaycan üzərindən yüz milyonlarla dolların köçürülməsi iddiası yayılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑