Dünya · Axar.az

Hitlerin “Qartal yuvası” kül oldu - Foto

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hitlerin “Qartal yuvası” kül oldu - Foto xəbəri üçün şəkil

Adolf Hitlerin vaxtilə çay evi kimi istifadə etdiyi və “Qartal yuvası” adı ilə tanınan tarixi Kelştaynhaus binasında yanğın qeydə alınıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Hadisə Berxtesqaden əyalətində baş verib.

Yerli polisdən bildirilib ki, bina tamamilə alov içində olub və yanğınsöndürənlər genişmiqyaslı əməliyyat həyata keçiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəsdən yandırma ehtimalını da istisna etmirlər, lakin hadisənin dəqiq başvermə səbəbi hələlik müəyyən edilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑