Gündəm · Axar.az

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı xəbəri üçün şəkil

"AnewZ" televiziya kanalı I Qarabağ müharibəsini obyektivi ilə araşdıran beynəlxalq fotojurnalist Rza Deqati ilə işğaldan azad olunan ərazilərə səfər edib və sənədli film hazırlayıb.

Axar.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev filmi X sosial şəbəkə hesabında paylaşıb.

Filmdə münaqişədən onilliklər sonra dağıdılmış binalar, zərər görmüş mədəni irs və keçmişin solmaqda olan izləri, darmadağın olmuş həyatlar və unudulmamalı tarixlərə yer verilib.

"Yenidənqurma işləri bölgəyə yeni başlanğıclar gətirsə də, itkin düşənlərin taleyi onların ailələri üçün açıq bir yara olaraq qalır", - ekran əsərində bildirilib.

Qeyd olunub ki, bu sənədli filmdə sual yaranır:

"Müharibə həqiqətən nə vaxt bitir və ailələr hələ də cavab axtardığı halda, onun hekayəsi nə vaxtsa tamamlana bilərmi?

Çünki bəzi hekayələr keçmişdə qala bilməz. Onlar yaddaş, həqiqət axtarışı və davamlı sülh ümidi ilə yaşadılır".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑