Dünya · Axar.az

Hörmüz boğazında minaya toxunan supertanker partladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz boğazında minaya toxunan supertanker partladı xəbəri üçün şəkil

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında bir supertankerin dənizdə mina ilə toqquşduqdan sonra güclü partlayış nəticəsində alovlandığını açıqlayıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin məlumatında 2 milyondan çox barrel xam neft daşıyan tankerin bütün mövqeləndirmə və radar sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz marşrutla keçməyə çalışdığı bildirilib.

Gəmi dəniz minası ilə toqquşduqdan sonra partlayış və güclü yanğın baş verib.

"Hörmüz boğazı bağlıdır. İranın boğazla bağlı qaydalarına tabe olmayan gəmilərin aqibəti ABŞ ordusuna etimadın alovunda yanmaqdır", - SEPAH-ın bəyanatında deyilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑