Bosniya və Herseqovinadakı Avropa Birliyi Qüvvələrinə (EUFOR) məxsus helikopter Brçko şəhəri yaxınlığında qəzaya uğrayıb.
Axar.az-ın “Klix” portalına istinadən məlumatına görə, hadisə nəticəsində üç nəfər həlak olub.
Mülki şəxslər xəsarət almayıb və infrastruktura heç bir ziyan dəyməyib. İstintaq başladılıb.
Qəza yerinə polis, yanğınsöndürənlər və təcili yardım briqadaları gəlib və ərazi mühasirəyə alınıb.



