Rusiya müharibənin 1710-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 275 728 PUA-sı, 672 zenit-raket kompleksi, 31 455 tank və digər zirehli texnikası, 1 794 reaktiv yaylım atəş sistemi, 36 839 artilleriya və minaatanı, 75 947 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.


