Dünya · Axar.az

Ərəbistanda partlayış: təyyarələr Mədiniyə yönləndirilir - Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərəbistanda partlayış: təyyarələr Mədiniyə yönləndirilir - Video xəbəri üçün şəkil

19:26

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanı yaxınlığında partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Frans Press” nəşri isə qeyd edir ki, hazırda sərnişinlər və işçilər hava limanından təxliyə olunur. Partlayışa husilərin hücumunun səbəb olduğu bildirilir.

***

Ər-Riyaddakı beynəlxalq hava limanı bütün uçuşları müvəqqəti olaraq dayandırıb.

***

Ər-Riyada uçan təyyarələr müvəqqəti olaraq Səudiyyə Ərəbistanının Mədinə və Ciddə şəhərlərindəki beynəlxalq hava limanlarına yönləndirilir.

Bu barədə TASS-a hava nəqliyyatının idarə olunmasındakı mənbə bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑