İdman · Apasport.az

“İnter”dən İkardi ilə bağlı açıqlama - "planlarımıza daxil deyil"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“İnter”dən İkardi ilə bağlı açıqlama - "planlarımıza daxil deyil" xəbəri üçün şəkil

“İnter”in prezidenti Beppe Marotta Mauro İkardinin mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Apasport.az xəbər verir ki, klub rəhbəri argentinalı hücumçunun özünü Milan təmsilçisinə təklif etmədiyini deyib.

Marotta İkardinin vaxtilə “İnter”ə böyük töhfə verdiyini vurğulasa da, onun komandaya qayıtmasının planlarına daxil olmadığını bildirib.

Qeyd edək ki, “Qalatasaray”la müqaviləsi başa çatdıqdan sonra klubsuz qalan 32 yaşlı futbolçu İtaliyada karyerasını davam etdirmək istədiyini açıqlamışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑