Misli Premyer Liqasının VII turunda "Şamaxı" "Zirə"nin qonağı olub - 1:1.
Apasport.az xəbər verir ki, matçdan sonra əyalət təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Milli fasilədən sonra nə qədər çətin oyun olacağını bilirdik. Bəzi futbolçularımız U-21 yığmasında yaxşı oyun keçirdi. Oruc Məmmədov əsas millidə oynadı. Bəzi futbolçularda yüklənmələr var idi. Şükürlər olsun ki, bu gün meydanda vuruşaraq xalımızı qazandıq. "Zirə"yə uğurlar arzulayıram".
- Edqar Adilxanov "Genk"dən təklif alıb? Onunla danışmısınız?
- Əsassızdır. Belə bir şey yoxdur. Olsa da, klub tərəfindən bizə xəbər verilər. Belə xəbərlərin oyundan qabaq yayılması doğru deyil, futbolçuda narahatlıq yaradır.



