“Bitcoin”in qiyməti 86 min dollardan aşağı enib
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 0,50% azalaraq 85 578,17 ABŞ dollarına enib. Bununla belə, kriptovalyuta son 7 gündə 3,02%, son 30 gündə isə 6,97% bahalaşıb.
“Ethereum” 0,46% ucuzlaşaraq 2 701,20 dollara, BNB 1,30% azalaraq 781,40 dollara, “Bitcoin Cash” isə 1,68% geriləyərək 314,47 dollara enib. “Solana”nın qiyməti də 0,24% azalaraq 120,13 dollar təşkil edib.
Bununla yanaşı, “Zcash” 0,95% bahalaşaraq 1 343,16 dollara, “Monero” 3,23% artaraq 562,99 dollara, “Bittensor” isə 0,14% yüksələrək 301,81 dollara çatıb.
Qızıl əsaslı “PAX Gold” (PAXG) 0,25% ucuzlaşaraq 4 137,53 dollara enib. “CoinMarketCap 20” indeksi isə son 24 saatda 0,63% azalaraq 177,17 bənd təşkil edib.
Ümumilikdə kriptovalyuta bazarının kapitallaşması 0,35% azalaraq 2,91 trln. dollara enib.
Analitiklər bildirirlər ki, “Bitcoin”in ucuzlaşmasına ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yenidən yüksəlməsi və dolların möhkəmlənməsi təzyiq göstərir. ABŞ-da zəif əmək bazarı göstəriciləri oktyabrda faiz artımı ehtimalını azaltsa da, inflyasiya və dövlət borcu ilə bağlı narahatlıqlar fonunda uzunmüddətli istiqrazların gəlirliliyi son 24 ilin ən yüksək səviyyələrinə yaxın qalır. Bu isə kriptovalyutalar kimi riskli aktivlərin daha sürətli bahalaşmasını məhdudlaşdırır.