Amerikalı səyyah: Azərbaycana ilk dəfədir gəlirəm, səfərimiz olduqca maraqlı keçir
Azərbaycana ilk dəfədir gəlirəm. İndiyədək çox gözəl yerlərdə olmuşuq.
APA xəbər verir ki, bunu Qarabağ və Şərqi Zəngəzura səfər edən ABŞ-ın Kaliforniya ştatından olan səyyah Çelsi Devis deyib.
"Səfərimiz olduqca maraqlı keçir. Hadrutu, Şuşanı ziyarət etdik, indi isə Ağdamdayıq. Bundan sonra hansı yerləri görəcəyimizi səbirsizliklə gözləyirəm".






