Avropa · APA

Almaniyanın daha bir fondu Gürcüstanda fəaliyyətini dayandırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Almaniyanın daha bir fondu Gürcüstanda fəaliyyətini dayandırıb xəbəri üçün şəkil

Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu Gürcüstandakı nümayəndəliyini bağlayıb

Almaniyanın daha bir fondu Gürcüstanda fəaliyyətini dayandırıb

Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu Gürcüstandakı nümayəndəliyini bağlayıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli media yazıb.

Bildirilib ki, fond Tbilisidəki ofisinin bağlanması barədə hələ rəsmi məlumat yaymasa da, tərəfdaşlarına bununla bağlı məktub göndərib.

Fond Gürcüstanda fəaliyyətinin dayandırılmasının səbəbini ölkədə son illərdə qəbul edilmiş “məhdudlaşdırıcı” qanunlarla əlaqələndirib.

Qeyd edək ki, Fridrix Nauman Fondu Gürcüstanda 2002-ci ildən fəaliyyət göstərirdi.

Xatırladaq ki, Almaniyanın Konrad Adenauer Fondu da Tbilisidəki ofisini bağlamaq barədə qərar qəbul edib.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑