Daxili · APA

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır xəbəri üçün şəkil

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişir APA xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VIII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişir

APA xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VIII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməyə əsasən, partiya sədrinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti başa çatdıqda partiyanın sədri Qurultay tərəfindən yenidən seçilə bilər.

Nizami Səfərov qeyd edib ki, bu müddəa aradan qaldırılıb: “Bu, tamamilə qanunauyğun, siyasi və hüquqi reallıqları əks etdirən, Azərbaycanın misli görünməmiş zəfərlərinin rəhbəri, YAP sədri Prezident İlham Əliyevin mütəşəkkil qüvvə olan YAP-a müddətsiz rəhbərlik etməsi bizi yeni uğurlara və böyük qələbələrə aparacaq”.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑