ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərə biletlər bu gündən satışdadır
1 noyabr 2026-cı ildən Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət cədvəli yenilənəcək.
Bu barədə "APA-Economics"ə Azərbaycan Dəmir Yollarından bildirilib.
Qeyd edilib ki, əlavə səhər reysləri ilə gündəlik reys sayı 2-dən 4-ə çatdırılacaq.
Əlavə reyslərə biletlər bu gündən satışdadır.
